Menu

Dünya Bankı Gürcüstana 90 milyon avro ayırır

17.06.2019, 19:23
Dünya Bankı Gürcüstana 90 milyon avro ayırır

Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro ayıracaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümətin sessiyasından öncə keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirib ki, bu barədə razılaşma sabah imzalanacaq: “Dünya Bankı Gürcüstanda təhsil islahatlarını dəstəkləyən əsas institutlardan biridir. Bu məbləğ innovasiya, inkluziv təhsil və keyfiyyətli layihələrə ayrılacaq. Layihə Gürcüstanda insan kapitalının inkişafı baxımından önəm daşıyır”.

Baş nazir bildirib ki, proqram dağ kəndlərində yaşayan, eləcə də etnik azlıqların yaşadığı bölgələrdə təhsil alan məktəblilərin təhsilinin inkişaf etdirilməsinə də xidmət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol