“Huawei” ABŞ sanksiyalarından indidən 30 milyard dollar itirdiyini açıqlayıb

ABŞ sanksiyaları Çinin “Huawei Technologies Co” şirkətinin gəlirlərini yaxın iki il ərzində 30 milyard dollara qədər azaltmağa vadar edib.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə şirkətin təsisçisi Ren Çjenfey məlumat verib. Çinli milyarder buna rəğmən 2019-2020-ci illədə satış həcmini 100 milyard dollar civarında saxlaya biləcəkələrini söyləyib.

Şirkət öz büdcəsini elmi araşdırmalar və laboratoriya çalışmaları üçün saxlayacağını, iri aktivlərindən vaz keçməyəcəyini iddia edib. 74 yaşlı baş direktor bu yaxınlarda “Huawei Marine” (gəmiçilik mobil və şəbəkə avadanlıqları) şirkətinin nəzarət paketinin satılmasını da ABŞ sanksiyaları ilə bağlı olmadığını bildirib. O, hələ də Birləşmiş Ştatların şirkətə hücumundan təəccübləndiklərini sözlərinə əlavə edib.

Xatırladaq ki, ABŞ bu ilin may ayının 17-də “Huawei” şirkətini qara siyahıya salıb. “Google” şirkəti isə Vaşinqtonun təzyiqləri ilə onu Android proqram təminatından məhrum edib.

Hələ keçən il dekabrın 6-da şirkətin maliyyə direktoru Men Vançjou ABŞ hüquq-mühafizə orqanlarının tələbi ilə Kanadanın Vankuver şəhərində saxlanılaraq həbs olunub.

Rəsmi Vaşinqton “Huawei” mobil telefon məhsullarında Çin xüsusi xidmət orqanlarının casusluq məqsədilə istifadə edə biləcəyi çiplər və başqa avadanlıqları quraşdırmaqda ittiham edir. Şirkət ABŞ-dan başqa Avropanın bir sıra ölkələri tərəfindən də sanskiyalara məruz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar