Braziliyada keçirilən Amerika kubokunda qrup mərhələsinin II turuna start verilib.
APA-nın məlumatına görə, turun ilk günündə A qrupunun komandaları meydana çıxıblar.
Meydan sahibləri Venesuela ilə görüşüblər. Ardıcıl ikinci qolsuz heç-heçəsini edən sonuncular Braziliyadan da xal almağa nail olublar.
Peru isə Boliviya ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda perulular üç xal əldə ediblər. Boliviyalılar isə ikinci oyununda da üç qol buraxmaqla uduzublar.
Amerika kuboku
II tur
A qrupu
18 iyun
Braziliya – Venesuela – 0:0
Boliviya – Peru – 1:3
Martins, 28 (pen.) – Qerrero, 45, Farfan, 55, Flores, 90+6


Şərhlər