Menu

Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşüb

19.06.2019, 10:23
Ermənistanın xarici işlər naziri həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri – Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

“Report” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan “Facebook” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədlərin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol