Menu

Məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat olub

19.06.2019, 10:58
Məktəb müəllimlərinin orta aylıq maaşı 605 manat olub

Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamı ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol