Menu

Abşeronda yeniyetmə eyvandan yıxılaraq ölüb

19.06.2019, 22:39
Abşeronda yeniyetmə eyvandan yıxılaraq ölüb

Abşeron rayonunun Masazır qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, "Gənclər şəhərciyi", bina 2, mənzil 74 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Hüsüyev Kənan Elşən oğlu 5-ci mərtəbədən yıxılıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol