Menu

İran turistlərin pasportlarına möhür vurmayacaq

20.06.2019, 18:10
İran turistlərin pasportlarına möhür vurmayacaq

İran ABŞ-ın Tehrana qarşı sanksiyasına cavab olaraq turist axınının təşviqi məqsədilə ölkəyə giriş-çıxışa dair möhürü ləğv edəcək. Bu barədə hökumətin nümayəndəsi Əli Rabii çərşənbə günü mətbuata bildirib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyasına cavab olaraq ölkəyə giriş-çıxışa dair möhürün ləğvindən imtina ilə bağlı təşəbbüsü bəyənib. "Beləliklə, turistlər biləcəklər ki, İrana səfər gələcəkdə onların həyatına heç bir təsir göstərməyəcək", - o açıqlama verib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol