Rusiyada axtarışda olan azərbaycanlılar Belarusun Qomel şəhərində saxlanılıblar.“Report”un Avropa bürosunun məlumatına görə, bunlar 1981-ci il təvəllüdlü Rəhim Ağakərim oğlu Rəhimov və Sevda Əli qızı Ağayevadır.
Hər iki azərbaycanlı Rusiya vətəndaşıdır. Onlar oğurluq, quldurluq və qəsbkarlıqda ittiham olunurlar.
Saxlanılanların Rusiyaya təhvil verilməsi gözlənilir.


Şərhlər