Menu

ABŞ-da neft zavodunda güclü partlayış - VİDEO

22.06.2019, 00:09
ABŞ-da neft zavodunda güclü partlayış - VİDEO

ABŞ-ın Filadelfiya şəhərində “Philadelphia Energy Solutions” neft emalı zavodunda partlayış baş verib. “İnterfaks”ın xəbərinə görə, partlayışdan sonra güclü yanğın başlayıb. Alov və qatı tüstü bir neçə kilometr məsafədən müşahidə olunub.

Hadisə yerinə onlarla yanğınsöndürən göndərilib. Yanğını nəzarət altına almaq mümkün olub. Yaralılar və ölənlər haqqında hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu, iyun ayında zavodda baş verən ikinci yanğın hadisəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol