Menu

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

22.06.2019, 11:07
Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

A.Bakıxanov-M.Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən “Report”a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

“A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb”, - məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol