Menu

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

22.06.2019, 12:25
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 22-də Xırdalan şəhəri ərazisində Balakən rayon sakini Fariz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol