Menu

Salyanda iki mərtbəli ev yandı

23.06.2019, 17:54
Salyanda iki mərtbəli ev yandı

Bu gün günorta saatlarında Salyan rayonunun Kürqaraqaşlı kəndində fərdi yaşayış evində yanğın baş verib.Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini Hüseyn Şamo oğlu Məmmədova məxsus evin ikinci mərtəbəsində başlayan yanğın nəticəsində evin damı və 3 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər yanğının evin birinci mərtəbəsinə keçməsinə imkan verməyiblər.

Yanğın nəticəsində xəsarət alan olmasa da, ev sahibinə xeyli ziyan dəyib. Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol