“Vaşinqton-Tayms” qəzeti gözlənilməz iddia ilə çıxış edib.
Jurnalist Rouen Skarboronun yazdığına görə, guya ABŞ-ın İŞİD liderlərini ələ keçirə bilməməsinin başlıca səbəbi onların izləmədən necə yayınmağı bilmələridir. Bunu isə terrorçular əsasən keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenin bütün dünyaya açıqladığı gizli məlumatlardan istifadə etməklə öyrəniblər.
Amerika Təhlükəsizlik Xidmətinin sabiq baş məsləhətçisi Metyu Olsen deyir ki, terrorçular daha təhlükəsiz platformalara keçir, şifrləmədən istifadə edir və ümumiyyətlə, elektron rabitə vasitələrindən qaçırlar. Snoudenin arxivindəki bəzi sənədlərdə Amerika kəşfiyyatçılarının “Əl-Qaidə” üzvlərini necə izləməsi dəqiqliklə təsvir edilib. Bin Ladenin yaxınlarından biri olan Hasan Gülün axtarışı və zərərsizləşdirilməsi barədə Təhlükəsizlik Xidmətinin açıqlanmış məruzəsi buna əyani misaldır.
“Vaşinqton-Tayms”ın yazısı İŞİD-in məhz bu cür məlumatlardan yararlanaraq ən müasir texnologiyalara malik ABŞ kəşfiyyatının əlindən qaça bilməsi təəssüratını yaradır. /hafta.az

Şərhlər