Menu

Zabratda kişi laqondayla özünə xəsarət yetirib

25.06.2019, 00:08
Zabratda kişi laqondayla özünə xəsarət yetirib

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində xəsarətlə nəticələnən hadisə baş verib. "Report"un məlumatına görə, 1973-cü il təvəllüdlü Bayramov Bayram evdə laqonda işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol