Menu

Sabiq prezidentin toxunulmazlığı ləğv edilib

25.06.2019, 12:20
Sabiq prezidentin toxunulmazlığı ləğv edilib

Qırğızıstan Baş Prokurorluğu parlamentin deputatlarının sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğv edilməsi təklifini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında respublikanın baş prokuroru Otkurbek Cəmşidov məlumat verib.

O bildirib ki, Baş Prokurorluğun Atambayevin toxunulmazlıqdan məhrum edilməsi barədə təqdimatı parlamentə göndərilib.

Baş prokurorun sözlərinə görə, keçmiş dövlət başçısının torpaqların ərazilərinin profillərinin dəyişdirilməsində, Bişkek İES-in yenidənqurma prosesində baş verən korrupsiyada, kriminal avtoritet Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qeyri-qanuni şəkildə sərbəst buraxılmasında, həmçinin paytaxtdakı İES-ə kömürün qeyri-qanuni yolla tədarük edilməsində, Çuy vilayətinin Koy-Taş kəndində yaşayış evinin tikintisi üçün qeyri-qanuni yolla ərazi əldə edilməsində əli ola bilər.

Qeyd edək ki, Qırğızıstanda iyunun 13-də keçmiş prezidentin toxunulmazlıq hüququndan məhrum edilməsi üzrə parlament komissiyası yaradılıb, komissiyanın tərkibinə altı fraksiyanın hər birinin nümayəndələri daxil edilib.

Sabiq prezidentin toxunulmazlıq immunitetindən məhrum edilməsi məsələsinə iyunun 25-də Qırğızıstan Ali Sovetində baxılacağı planlaşdırılır. Daha əvvəl respublikanın hüquq-mühafizə orqanlarının nümayəndələri Atambayevə qarşı cinayət işi başladıldığını elan ediblər.

Şərhlər

Bashirov Qarib 2019-06-25 12:20:21

Orta əsrlərdə Bagdadda hər yeni gələn xəlifə özundən əvvəlki xəlifə və varislərin gözlərini çıxardırmış ki,bir siyasi quvvə kimi sıradan çıxsın. Bu qayda idi və bunu heç kim pozmurdu.Yeni xəlifə nə vaxtsa özunun də gözunun çıxarılacagını duşunmurdu.Bagdad kuçələri xəlifə və varislərlə dolub daşırdı.Muasir dövrdə də ən ləyaqətli sabiqləri də bir siyasi quvvə kimi silmək uçun bu qaydalara əl atırlar. İstər qırbdə istərsə də şərqdə bu iyrənc metoddan istifadə edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol