Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.Bu barədə Ermənistan KİV-i xəbər yayıb.
Məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov dünən axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi məsələ ilə bağlı məlumatlandırılıb. Cavid Məmmədiv müvafiq strukturlara təhvil verilib.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.

Şərhlər