Menu

Tağıyevin heykəlinin "İçərişəhər" stansiyasının qarşısında qoyulması təklif olunur

27.06.2019, 12:07
Tağıyevin heykəlinin "İçərişəhər" stansiyasının qarşısında qoyulması təklif olunur

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələ ki, müzakirə mərhələsindədir".

APA-nın xəbərinə görə, bunu Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, müsabiqə iyunun 30-da başa çatır. E.Qasımzadə qeyd edib ki, müsabiqə başa çatandan sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək: "Tağıyevin heykəlinin isə "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik başqa təklif yoxdur".

İttifaq sədri Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırıldığını vurğulayıb: "Artıq heykəllərin eskizləri hazırdı, Mədəniyyət Nazirliyinə təqdim edilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol