Menu

Masallı polisi 2 kq narkotiki satmaq istəyən rayon sakinini saxlayıb

28.06.2019, 00:51
Masallı polisi 2 kq narkotiki satmaq istəyən rayon sakinini saxlayıb

Masallı sakininin üzərindən 2 kq narkotik vasitə tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş Masallı şəhər sakini İsrafil Səfərovun satış məqsədi ilə üzərində saxladığı 1 kiloqram 802 qram tiryək və 0,195 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol