Menu

Poroşenko və Putin telefonda Ukraynanı müzakirə etdi

07.09.2014, 09:10
Poroşenko və Putin telefonda Ukraynanı müzakirə etdi

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub”, deyə məlumatda bildirilir.

Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün fəsadları kontekstində fikir mübadiləsi aparılıb.

Putin və Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol