Menu

İraqda beş İŞİD terrorçusu zərərsizləşdirilib

30.06.2019, 19:17
İraqda beş İŞİD terrorçusu zərərsizləşdirilib

 

İraq təhlükəsizlik qüvvələri şənbə günü İŞİD terrorçu qruplaşmasının beş silahlılarını zərərsizəşdirib.

Trend-in məlumatına görə, həmin silahlılar ölkəyə Suriyadan daxil olmağa cəhd edib.

Məlumata əsasən, Əl-Cəzirə əməliyyat qərargahının səkkizinci bölməsinin iyirmi yeddi briqadası beş nəfərdən ibarət İŞİD-in silahlılarını zərərsizləşidirib.

Qeyd edilir, Suriya ilə sərhədində ərazisi oxşar hadisələrin qarşısını almaq üçün daimi nəzarətdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol