Menu

Bu gündən V qrup üzrə qabiliyyət imtahanlarına start verilir

01.07.2019, 09:16
Bu gündən V qrup üzrə qabiliyyət imtahanlarına start verilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları keçirəcək.

Mərkəzdən "Report"a bildirilib ki, qabiliyyət imtahanları 1 - 14 iyul tarixlərində keçiriləcək.

İmtahandan iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov linkinə daxil olub buraxılış vərəqəsini çap edə bilərlər.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə 3 iyul tarixinədək aparılacaq.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol