Menu

Qadınlardan ibarət oğru dəstəsinin məhkəməsi başlayır

01.07.2019, 11:10
Qadınlardan ibarət oğru dəstəsinin məhkəməsi başlayır

Şəki Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən qadınlardan ibarət dəstənin cinayət işinə baxılacaq.

"Report"un xəbərinə görə, hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyulun 9-a təyin edilib.

Qeyd edək ki, Yevlax rayon sakinləri olan Seyran Nadirova, Xəzəl Bəkirova və bacısı Nazdı Mahmudovaya Cinayəıt Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.

Təqsirləndirlən şəxslər Şəki ilə yanaşı ətraf rayonlarda - Zərdab, Zaqatalada da oğurluq etməkdə ittiham edilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol