Menu

«S-400 sisteminin tədarükü 10 gün ərzində baş tutacaq» - Ərdoğan

01.07.2019, 11:20
«S-400 sisteminin tədarükü 10 gün ərzində baş tutacaq» - Ərdoğan

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyada Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampla görüşdən sonra, Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan jurnalistlərə bildirib ki, Rusiya S-400 raket-müdafiə sistemlərinin Türkiyəyə tədarükü yaxın 10 gün ərzində baş tutacaq («İnterfaks»).

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton S-400 sistemləri üzrə vəziyyətin dəyişməsi üzərində «işləyəcək». Onun sözlərinə görə, lap əvvəldən Türkiyənin «Petriot» ZRK-nı ABŞ-dan almaq istəyində olduğu nəzərə alınarsa, bu məsələdə Ərdoğanın günahı yoxdur. Onu da nəzərə almaq lazımdır ki, bu sövdədən ABŞ-ın əvvəlki administrasiyası imtina edib.

Bununla belə, «Məsələ ilə bağlı Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmayacaq ki?» - sualına Tramp cavab verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol