Menu

WTI markalı neftin qiyməti mayın 23-dən bəri ilk dəfə 60 dolları üstələyib

01.07.2019, 12:13
WTI markalı neftin qiyməti mayın 23-dən bəri ilk dəfə 60 dolları üstələyib

WTI markalı neftin avqustda çatdırılma ilə fyuçers qiyməti 60 dollar/barel həddini aşıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu neftin qiyməti son dəfə belə səviyyəyə bu il mayın 23-də yüksəlmişdi.

ICE birjasındakı əməliyyatlarda neftin qiyməti 2,63% artaraq 60,05 dollar/barel təşkil edib.

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 2,73% artaraq 66,56 dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol