Menu

Qripdən 200 nəfər ölüb! - Avstraliyada

01.07.2019, 13:04
Qripdən 200 nəfər ölüb!  - Avstraliyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cari ilin əvvəlindən Avstraliyada 100 min nəfər insan qrip virusuna yoluxub, onlardan 228 nəfəri ölüb.

«Sinxua» agentliyinin məlumatına görə, letal nəticələr ölkənin 6 ştatında qeydə alınıb.

Bununla bərabər, tibb assosiasiyalarında bildirirlər ki, ölkə xəstəliyin pik həddinin astanasıdadır ki, bu da iyul-sentyabr aylarına təsadüf edir.

Qeyd olunur ki, bu il xəstəliyin səviyyəsi baxımından ən pis illərdən biridir. Ötən il ərzində bu ölkədə 59 min qripə yoluxma halı qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol