«Böyük iyirmiliy»in rəsmi saytı Cənubi Kurili Yaponiya ərazisi kimi göstərib.
Xəbər verildiyi kimi, sammit ötən həftə başa çatıb, onun isə təşkilatçısı yaponlar olub.
Tədbirin keçirildiyi Osaka şəhərində Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqların nəticələri Yaponiya vətəndaşları - Cənubi Kurilin keçmiş sakinləri üçün məyusedici olub. Tokio hazırda Rusiyanın tərkibində olan Kunaşir, Şikotan, İturup və Habomai adalarını özünün «şimal əraziləri» adlandırır.
İkinci dünya müharibəsindən sonra bu ölkələr arasında sülh müqaviləsi də ona görə bağlanmayıb ki, Tokio Cənubi Kuril adalarına iddia irəli sürür.


Şərhlər