Menu

“Sualtı qayığın ekipajı yüksək peşəkarlığa malik idi” - Putin

03.07.2019, 00:08
“Sualtı qayığın ekipajı yüksək peşəkarlığa malik idi” - Putin

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqudan Rusiya Müdafiə Nazirliyinə məxsus dərinlik aparatında baş verən fövqəladə hadisəyə dair raport verməyi tələb edib. Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, prezident nazirin şəxsən Severemorska uçmasını və hadisə yerində araşdırma aparmasını istəyib.

Putin qeyd edib ki, həlak olanlar arasında 1-ci ranqdan olan 7 kapitan, 2 Rusiya qəhrəmanı var. “Ekipaj yüksək peşəkarlığa malik idi”, – prezident deyib və həlak olanların qohumlarına, yaxınlarına başsağlığı verib.

Sualtı qayıqda hadisə iyulun 1-də baş verib. Nəticədə 14 dənizçi həlak olub. Onlar yanğın nəticəsində baş verən tüstüdən zəhərləniblər. Daha 4-5 nəfər Murmans vilayətinin Severomorsk şəhərində hərbi-dəniz hospitalına yerləşdirilib.

Qeyri-rəsmi məlumata görə, yanğın “Loşarik” adıyla bəlli olan AC-12 atom sualtı qayığında baş verib. Hadisənin səbəbləri araşdırılır.

https://konkret.az/putin-sualti-qayigin-ekipaji-yuksek-pesekarliga-malik-idi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol