Menu

"Qarabağ" braziliyalı futbolçunu transfer etdi

04.07.2019, 10:28
"Qarabağ" braziliyalı futbolçunu transfer etdi

“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Trend-in məlumatına görə, növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb. Komandamız sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol