Menu

Türkiyə prezidenti ABŞ-ı soyğunçuluqda günahlandırıb - F-35 qırıcılarına görə...

05.07.2019, 16:26
Türkiyə prezidenti ABŞ-ı soyğunçuluqda günahlandırıb - F-35 qırıcılarına görə...

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə F-35 qırıcılarının tədarükündən mümkün imtinası soyğunçuluqdur.

Onun sözlərinə görə, Türkiyə müştəridir və müntəzəm olaraq, bütün ödənişləri həyata keçirib, Vaşinqton isə öz öhdəliklərinin yerinə yetirilməsindən imtina edir.

Prezident qeyd edib ki, F-35 kontraktı çərçivəsində Türkiyə artıq 1,4 miyard dollar ödəyib, ABŞ isə bu vəsaiti qaytarmağa tələsmir.

«Əgər sizin müştəriniz öz ödəmələrini mütəzəm həyata keçiribsə, siz həmin müştəriyə istədiyini necə verməyə bilərsiniz? Bu, soyğunçuluq deməkdir!» - deyə, «Sabah» qəzeti prezidentdən sitat gətirir.

Ərdoğan qeyd edib ki, kontraktın icrası yarı yolda dayandırılıb - Ankara 4 təyyarə alıb, türkiyəli pilotlar isə ABŞ-da ancaq təlim keçməyə başlayıblar.

Bundan əvvəl Ərdoğan bəyan etmişdi ki, Rusiyadan S-400 raket sisteminin Türkiyəyə tədarükü yaxın 10 gündə baş tutacaq. Məhz bu sövdə ABŞ-ın narazılığına səbəb olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol