Lukaşenkonun keçmiş köməkçisinə 12 il həbs verilib

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko iri məbləğdə rüşvət almaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Bu barədə Belarus Ali Məhkəməsinin saytı məlumat yayıb.

Bildirilib ki, məhkəmənin qərarına əsasən, keçmiş köməkçinin əmlakı müsadirə ediləcək. Bu iş üzrə məhkəmə prosesi qapalı rejimdə keçirilib. Hökm qüvvəyə minib.

“Report” xatırladır ki, Aleksandr Lukaşenkonun keçmiş köməkçisi cari ilin mayında 200 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar