Menu

Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

06.07.2019, 01:10
Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Alyaska ştatının bir sıra rayonlarında tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb. “Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, 4 iyul tarixində Alyaskanınən iri şəhəri olan Ankoricedə havanın temperaturu 32.2 dərəcə selsiyə qədər yüksəlib. Sonuncu dəfə ən yüksək göstərici 1969-cu ilin iyun ayında 29,4 dərəcə olub.

Bundan başqa Kenay yaşayış məntəqəsində havanın temperaturu 31,6 dərəcə, Kinq-Salmonda 31,6 dərəcə isti müşahidə edilib. Qeyd olunub ki, Alyaskanın cənub ərazilərində də yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol