Menu

Xəzərdə zəlzələ olub

06.07.2019, 09:30
Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, iyulun 6-da saat 03:05-də Astara stansiyasından 25 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.2, dərinliyi 16 km olan zəlzələ hiss olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol