Menu

YAP üzvlərinin sayı açıqlanıb

06.07.2019, 15:54
YAP üzvlərinin sayı açıqlanıb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı açıqlanıb.

“Report” xəbər verir ki, hazırda partiyanın 742 min 170 nəfər üzvü var.

Bu ilin 6 ayı ərzində YAP-a 11 mindən artıq yeni üzv qəbul olunub.

Qeyd edək ki, YAP 1992-ci ildə yaradılıb. 1993-cü ildən Azərbaycanın hakim partiyasıdır. 2018-ci ildə siyasi təşkilat üzvlərinin sayı 20 min nəfər artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol