Menu

Alyaskada anomal istilər yaşanır

07.07.2019, 11:16
Alyaskada anomal istilər yaşanır

Alyaskada rekord isti hava şəraiti qeydə anılıb. «CBS»-in Milli meteoroloji xidmətinə istinalda xəbər verdiyi kimi, üç şəhərdə temperatur meteoroloji müşahidə tarixində ilk dəfə ən yüksək nöqtəyə çatıb. Belə ki, Ankoricdə hava 32,2 dərəcəyə (Selsi) qədər qızıb. Kenay və Kinq Salmon şəhərlərində isə havanın temperaturu 31,6 dərəcəyə (Selsi) qədər yüksəlib.

Sinoptiklər hesab edirlər ki, temperaturun yüksəlməsi yüksək təzyiqlə bağlı ola bilər. Belə ki, Mərkəzi Alyaska üzərində yüksək təzyiq formalaşıb.

Bundan əvvəlki rekord 14 iyun 1969-cu ildə qeydə alınıb - o vaxt civə sütunu 29,4 dərəcəyə qədər qalxıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol