Menu

AXCP-nin daha bir fəalı saxlanılıb

08.07.2019, 17:54
AXCP-nin daha bir fəalı saxlanılıb

Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) Masallı rayon şöbәsinin üzvü Araz Mәmmәdov iyulun 8-dә səhər saxlanılıb.

AXCP-dən Turan-a bildirilib ki, onu yerli polis şöbəsinə aparıblar. Saxlanmanın səbəbləri məlum deyil. Saat 16:30-a olan vəziyyətə görə, A.Məmmədovdan bir xəbər yoxdur. Masallı rayon polis şöbәsindәn vә DİN-dən mәlumat almaq mümkün olmayıb.

Qeyd edək ki, hazırda bu müxalifət partiyasının onlarla fəalı müxtəlif ittihamlar ilə həbsdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol