“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”.
"Report" xəbər verir ki, bunu Avropa İttfaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib.
“Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməyə davam edir”, - D.Tusk qeyd edib.
“Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Aİ də sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - AŞ-nin rəhbəri vurğulayıb.


Şərhlər
əgər ermənilər bizim əraziləri müharibə yolu ilə zəbt ediblərsə hec bir beynəlxalq hüquqa riayət etməyiblərsə və indidə etmirlərsə beynəlxalq təşkilatlar üzə bir söz dalda başqa iş ikili standartlar tətbiq edirlərsə 20 faiz işgal olunmuş azərbaycan ərazisində min cür kələk işlədərək məskunlaşma aparılırsa zorla hiylə ilə min cür fırıldaqla tarixi azərbaycan ərazisində 2ci erməni dövlətini leqallaşdırmaqla məşguldusa biz yenədə dözümlülük göstərməliyik.nəyə dözməliyik ermənilərin bizi tam məhv etməyinə
Xahiş edirəm, başa düşən varsa mənə aydınlaşdırsın. Bakıda görüşdən sonra deyilən sözlər:"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”???... . Soruşmaq lazımdır bacarırsınız, torpaqlarımızı alın qaytarın özümüzə. Bunu nə qədər Azərbaycan vətəndaşı gözləyir, ey!!!... .