Menu

Bakıda avtomobil oğrusu tutulub

10.07.2019, 12:51
Bakıda avtomobil oğrusu tutulub

Bakıda avtomobil oğrusu tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E. Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Ağazadə saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol