Menu

Bakıda 40 yaşlı kişi ülgüclə özünə xəsarət yetirib

11.07.2019, 00:55
Bakıda 40 yaşlı kişi ülgüclə özünə xəsarət yetirib

Bakıda kişi ülgüclə özünə xəsarət yetirib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 40 yaşlı Şıxəliyev Şıxəli Gülabbas oğlu yaşadığı evdə ülgüclə qarın nahiyəsinə xəsarət yetirib. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzinə gətirilib.

Cərrah Bəhram Zeynalov bildirib ki, qarının ön divarının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Ş.Şıxəli dərhal əməliyyat olunub. O, qeyd edib ki, yaralı həkimlərin nəzarəti altında şöbəyə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol