Menu

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

11.07.2019, 08:22
ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Ankaraya gəlib

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir bu gün Ankaraya gəlib.

APA-nın yerli bürosunun xəbərinə görə, yeni səfir Devid Saterfild etimadnaməsini təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi “Twitter” səhifəsində belə fikirlər paylaşılıb: “ABŞ-ın Ankara səfiri olaraq təyin olunmuş David M.Satterfieldin Ankaraya gəlməsindən məmnunlıq duyuruq”.

Qeyd edək ki, 4 dil bilən, 64 yaşlı səfir Devid Satterfield ABŞ Xarici İşlər Nazirinin Yaxın Şərq işləri üzrə müavini vəzifəsində çalışıb. 2009-cu ilin iyul ayından 2017-ci ilin avqust ayınadək Sina yarımadasında çoxmillətli dövlətlərin direktoru vəzifəsində işləyib.

O, Xarici İşlər Nazirliyi çərçivəsində İraq koordinatoru, məsləhətçi, Misir və Livanda səfir vəzifələrini icra edib.

Şərhlər

alı 2019-07-11 08:22:51

Yəni bu Devid (Davud) harda olubsa ora viran olub, hansı ölkədə olubsa o ölkədə inqilab, qırgın-qiyamət "bərqərar" olub.Kor-kor,gör-gör-XORUZUN QUYRUGU görünür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol