Menu

“ABŞ “Hizbullah” ilə əlaqə kanallarını açmağa çalışır” - Həsən Nasrullah

13.07.2019, 09:36
“ABŞ “Hizbullah” ilə əlaqə kanallarını açmağa çalışır” - Həsən Nasrullah

“Hizbullah” şiə terror qruplaşmasının rəhbəri Seyid Həsən Nasrullah ABŞ-la bağlı diqqətçəkən iddia irəli sürüb.

APA CNN-ə istinadən xəbə verir ki, o, bu barədə Livanın yerli televizi kanallarından birində canlı yayımda çıxış edərkən bildirib.

Şiə qruplaşmasının rəhbəri deyib ki, ABŞ dövləti “Hizbullah”la əlaqə kanalları açmağa çalışır.

Həsən Nasrullah rəhbəri olduğu qrupun Suriyadakı döyüş əməliyyatlarında iştirakından da söz açıb. Qeyd edib ki, Suriyadakı bütün bölgələrdə hələ də mübarizəni davam etdirəcəklər: “Mövcud vəziyyətdən asılı olaraq, Suriyanın bəzi yerlərdə saylarımızı azaltdıq, lakin yaxın vaxtlarda buradan tamamilə geri çəkilmək planımız yoxdur".

Nasrallah İran ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqa dəstək verəcəyini də söyləyib.

Şərhlər

Mubariz 2019-07-13 09:36:36

Nonsens.Huzbullah terrorču teşkilati...?Necede gulmeli.Teşkilat yehudileri Livanin cenubundan čekilmeye mecbur etdi yeni işgalina son verdi.Sizler ise deyirsiz terrorču.Meger Yeruselimden bele telimat daxil olur?Nentiqe sigmir.Onda QAT da terrorcu deyek?!Hizbullah imperialisylerin qenimidir.ALLAH onlari qorusun.Amin
☝

Mirşahin 2019-07-13 09:36:36

"Hizbullah" işğalçıya qarşı mübarize aparan teşkilatdır. Terrorçular dinc sakinleri qıranlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol