Menu

Bu gün S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verilib

13.07.2019, 12:23
Bu gün S-400-lərin növbəti hissəsi Türkiyəyə təhvil verilib

S-400 zenit-raket kompleksinin növbəti hissəsi Türkiyəyə təhvil verilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, S-400-ləri gətirən dördüncü təyyarə bu gün Ankaradakı Mürtəd hərbi bazasına eniş edib.

Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb. Ötən gün rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.

Şərhlər

Türk 2019-07-13 12:23:03

Türkiyə ABŞ-ın hansısa bir ştatı deyil.Müstəqil,güclü,öz sözünü deyən,hər zaman şər qüvvələrə qarşı mübarizə aparan böyük TÜRK cümhuriyyətidir.Ona görə də ABŞ-ın Türkiyənin işinə qarışmağa haqqı yoxdur.ABŞ və Nato gedib öz işi ilə məşğul olsun.Türkiyənin daxili işıərinə burnunu soxmasın.Türkiyə nə gürcüstan nədə ki,Pribaltika respublikaları deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol