Menu

"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbağça"da

13.07.2019, 22:59
"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbağça"da

"Fənərbağça" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubundan Qari Rodriqesi heyətinə qatıb. Kabo-verdeli yarımmüdafiəçi qarşıdakı 2 mövsümü icarə əsasında "sarı-lacivərdli" komandada keçirəcək. "Fənərbağça" 28 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna da sahibdir. Təcrübəli oyunçuya görə qarşı tərəfə təzminat ödənilməyib.

Qeyd edək ki, Rodriqes 2017-ci ilin qışından 2019-un yanvar ayına kimi "Qalatasaray"da çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol