Menu

Suraxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

13.07.2019, 23:40
Suraxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub.

“Report” xəbər verir ki, nəticədə "Opel"in 1977-ci il təvəllüdlü sürücüsü Salmanov Mehdi İsmayıl oğlu xəsarət alıb.

O, döş qəfəsinin əzilmiş diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstə həkim nəzarətinə götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol