Menu

İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub

14.07.2019, 20:54
İsveçdə təyyarə qəzası nəticəsində 9 nəfər həlak olub

İsveçdə yüngülmühərrikli "GA8 Airvan" təyyarəsi qəzaya uğrayıb."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vesterbotten regionunun rəsmi saytında məlumat yayılıb.

Hadisə zamanı təyyarədə 9 nəfər olub. Onların hamısı qəzada həlak olub.

"Sveriges Radio"nun xilasetmə xidmətinə istinadən bildirib ki, təyyarə Umeo hava limanından yerli vaxtla saat 13:33-də səmaya qalxıb və Stursandsşer adasında yerə düşüb.

Qəzanın səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol