Menu

Nardaranda torpağa basdırılmış silah aşkarlanıb

15.07.2019, 10:51
Nardaranda torpağa basdırılmış silah aşkarlanıb

Nardaran sakininin evindən sənədsiz tüfəng tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Z.Həsənova məxsus həyətyanı sahəyə baxış zamanı torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol