Menu

Omanın beynəlxalq axtarışa verdiyi Pakistan vətəndaşı Bakıda saxlanılıb

15.07.2019, 11:34
Omanın beynəlxalq axtarışa verdiyi Pakistan vətəndaşı Bakıda saxlanılıb

Oman Sultanlığının hüquq-mühafizə orqanlarının "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

"Report"un məlumatına görə, beynəlxalq axtarışda olan Pakistan vətəndaşı 1981-ci il təvəllüdlü Furqan Varis Özbəkistan paytaxtı Daşkənddən Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol