Menu

Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb

17.07.2019, 10:53
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır sabit qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti isə orta-ağır sabitdir", - nazirlikdən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol