Menu

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

17.07.2019, 13:46
ABŞ-ın neft ehtiyatları yenidən azalıb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (8-12 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən azalıb.

"APA-Economics"in API-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 1,4 mln. barel azalaraq 460 mln. barel təşkil edib.

Məlumata əsasən, ABŞ neft ehtiyatlarının 2,7 mln. barel azaldılmasını proqnozlaşdırırdı.

Xatırladaq ki, proqnozlara əsasən, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol