Menu

Bakı və Abşeronun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq

17.07.2019, 17:15
Bakı və Abşeronun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq

Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol