Menu

Bakı-Sumqayıt yolunda baş verən zəncirvari qəza tıxaca səbəb olub - FOTO

18.07.2019, 10:36
Bakı-Sumqayıt yolunda baş verən zəncirvari qəza tıxaca səbəb olub - FOTO

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

"Report" xəbər verir ki, hadisə yolun Xırdalan qəbristanlığının yaxınlığından keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 6 maşın toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib və əraziyə evakuator cəlb olunub.

Hazırda həmin yolda böyük tıxac var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol